IQNA

Nəngərhar vilayətində 39 nəfər terrorun qurbanı oldu

7:25 - October 08, 2019
Xəbər sayı: 3485935
Əfqanıstanın Nəngərhar vilayətinin Cəlalabad şəhərində silahlı qoşunlara yenicə cəzb edilmiş əsgərləri daşıyan avtobusun yolunun üzərində bomba partladılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Nəngərhar vilayətinin Cəlalabad şəhərində silahlı qoşunlara yenicə cəzb edilmiş əsgərləri daşıyan avtobusun yolunun üzərində bomba partladılıb.

Dünən, 7 Oktyabr 2019-cu il, baş verən bu hadisədə ondan çox insan ölüb və otuz nəfərədək insan isə yaralanıb. Ölənlər arasında uşaq da var.

"Kabuldakı hərbi hissələrdən birinə gedən bu avtobus Cəlalabad şəhərində terror hücumuna məruz qalıb. Hadisə zamanı yaralananlar xəstəxanaya çatdırılıblar." – Nəngarharın qubernatorluğunun sözçüsü Ətaullah Xugyani xəbər verib.  

Nəngərharda Taliban və İŞİD terrorçularının müxtəlif qruplaşmaları fəaliyyət göstərirlər. Amma terrorun məsuliyyətini indiyədək heç kim öz üzərinə götürməyib.  

https://iqna.ir/fa/news/3848174

Teqlər: iqna ، nəngərhar ، terror ، Əfqanistan ، İŞİd ، taliban
captcha