IQNA

ƏRBƏİN təhlükəsizliyinin təminində Həşduş-şəbinin 40 min qüvvəsi iştirak edir

16:22 - October 15, 2019
Xəbər sayı: 3485960
Əl-həşduş-şəbi qüvvələri hazırda Babil vilayətinin müxtəlif bölgələrindən tutmuş Nəcəf gölünədək olan ərazilərdə, Kərbəla strateji xəttində və Kərbəla vilayətinin bütün bölgələrində yerləşib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərbəin mərasiminin təhlükəsizliyinin təminində Həşduş-şəbi qüvvələrindən 40 min nəfər iştirak edir.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İraqın Həşduş-şəbi qüvvələrində “Orta Fərat” əməliyyatının qərargah komandanı briqada generalı Əli Əlhəmdani bu barədə bildirib: "Əl-həşduş-şəbi qüvvələrinin bir hissəsi İraqın digər silahlı qüvvələrinin kənarında hazırda Babil vilayətinin müxtəlif bölgələrindən tutmuş Nəcəf gölünədək olan ərazilərdə, Kərbəla strateji xəttində və Kərbəla vilayətinin bütün bölgələrində yerləşib".
 
Belə bir halda, İran İslam Respublikasının sərhəd qoşunlarının komandanı briqada generalı Qasem Rezayi dünən dörd qanuni sərhəd olan Şələmçə, Mehran, Çəzzabeh və Xosrəvi sərhədlərindən bir gün ərzində 550 min iranlı zəvvarın İraqa keçməsindən xəbər verib.
Teqlər: həşduş-şəbi ، iqna ، Ərbəin
captcha