IQNA

Yəhudi bayramı bəhanəsi ilə İbrahim Xəlil məscidini bağlayıblar

9:12 - October 16, 2019
Xəbər sayı: 3485968
Sionist yəhudi rejimi ötən gecə (15 Oktyabr 2019) Həzrət İbrahim Xəlil (ə) məscidinin qapılarını yəhudilərin bayram mərasimi bəhanəsi ilə müsəlmanların üzünə bağlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist yəhudi rejimi ötən gecə (15 Oktyabr 2019) Həzrət İbrahim Xəlil (ə) məscidinin qapılarını yəhudilərin bayram mərasimi bəhanəsi ilə müsəlmanların üzünə bağlayıblar.

Sionist rejiminin silahlı qüvvələri ötən gecə elan ediblər ki, Həzrət İbrahim Xəlil (ə) hərəminin qapıları yəhudi bayramının keçirilməsi səbəbi ilə Oktyabr ayının 15-i gecə saat 10:00-dan Oktyabr ayının 17-si, gecə saat 10:00-dək bağlı olacaq.

Bu barədə Həzrət İbrahim Xəlil (ə) ziyarətgahı və məscidinin idarə heyətinin müdiri Əbu Səninə məlumat verib.  

Bu iki gün ərzində qəsəbələrdə yaşayan sionist yəhudilər Həzrət İbrahim Xəlil (ə) məscidində "yəhudi taxtı (padşahlığı)" bayramını qeyd edəcəklər.

Həzrət İbrahim Xəlil (ə) hərəmi və məscidi İordaniya çayının qərb sahillərində, Fələstinin əl-Xəlil şəhərində yerləşir. Bu məscid Fələstin torpaqlarında Əqsa məscidindən sonra ikinci mühüm İslami abidə sayılır. Rəvayətə görə, Həzrət İbrahim (ə) 4 min il öncə bu məsciddə dəfn edilib.   

https://iqna.ir/fa/news/3850271

captcha