IQNA

İordaniyada "Peyğəmbər tibbi" seminarı keçirildi

6:16 - October 21, 2019
Xəbər sayı: 3485995
İordaniyanın "Quranın və Peyğəmbər sünnəsinin elmi ecazkarlığı birliyi"nin təşəbbüsü ilə "Peyğəmbər (s) Sünnəsində elmi ecazkarlıq" seminarı keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın "Quranın və Peyğəmbər sünnəsinin elmi ecazkarlığı birliyi"nin təşəbbüsü ilə "Peyğəmbər (s) Sünnəsində elmi ecazkarlıq" seminarı keçirilib.

Sayca 76-cı olan bu seminarda İordaniyanın Moutə universitetinin Hədis Elmləri ustadı Məşhur Qətişat seminarda Peyğəmbərin (s) tibb elmi barədə nümunə olaraq dörd hədisini şərh edib.

O deyib: Peyğəmbərin (s) tibbində sağlamlıq haqqında ilk mövzu "yemək və içməkdə mötədil olmaq" və orta həddə riayət etməkdir. Həzrət Rəsulun (s) bir çox hədislərində bir sıra xəstəliklərin qarşısını alan əsas amil kimi "yemək və içməkdə mötədilliyi qoruma" göstərilib. Həmçinin bunun əksi, yəni yemək və içməkdə ifrat etmək köklük, ürək xəstəlikləri, oynaq xəstəlikləri və qan təzyiqinin amilləri kimi təqdim edilib.

İordaniyanın Moutə universitetinin Hədis Elmləri ustadı Məşhur Qətişat əlavə edib: Peyğəmbərimizin (s) sağlamlıq mövzusunda ikinci tövsiyəsi süd məhsullarından istifadə etmək olub. O həzrət (s) özü də həmişə süd içərdi və bu, onun gündəlik adəti idi. Peyğəmbər (s) süd içər və belə deyərdi: "Əllahummə barik ləna fihi və zidna minhu" – Allahım, bu süddə bizə bərəkət ver və onu bizim üçün çoxalt".

Məşhur Qətişat hədislərə görə südün aşağıdakı xüsusiyyətlərinin olduğunu deyib: Sümükləri bərkidir, bədənə sakitlik gətirir, stresi azaldır, dərini və dişləri qoruyur.  

O, çıxışının sonunda Peyğəmbərin (s) tibbi tövsiyələrindən üçüncü mövzu olaraq "hicamət" barədə danışaraq deyib: Hicamət hədislərdə çox təkid edilib. Əzələ spazması, bel ağrısı, bel yırtığı, romatizm, qan təzyiqi, şəkər və bir sıra dəri xəstəliklərinin müalicəsində çox effektlidir.  

https://iqna.ir/fa/news/3851172

captcha