IQNA

Quran radiolarının məsulları beynəlxalq toplantı keçirəcək

12:50 - October 22, 2019
Xəbər sayı: 3486008
İslami Radiolar Birliyinin nəzarəti altında fəaliyyət göstərən Quran Radiolarının məsulları beynəlxalq toplantı keçirəcək.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Radiolar Birliyinin nəzarəti altında fəaliyyət göstərən Quran Radiolarının məsulları beynəlxalq toplantı keçirəcək.  

Sayca beşinci olan bu beynəlxalq toplantı Misrin Milli Media Şurasının ev sahibliyi ilə Oktaybr ayının 23 və 24-də Qahirədə keçiriləcək.

Toplantıda İslam ölkələrin və Misrin dini şəxsiyyətləri, o cümlədən əl-Əzhərin şeyxi Əhməd Təyyib, Misrin İslami Fondlar Naziri Məhəmməd Muxtar Cümə, Misrin Radio Şirkətləri Birliyinin rəisi Məhəmməd Nəvar, Misrin baş müftisi Şövqi Əllam, əl-Əzhərin Akademiklər Şurasının üzvü Əhməd Ömər Haşim və digərləri iştirak edəcəklər.

"Quran radiolarının tolerantlığın və mötədilliyin yayılmasında rolu" adı ilə keçiriləcək bu toplantı Oktaybr ayının 23-də, yerli vaxtla saat 10:30-da başlayacaq. Günün ikinci yarısında isə (16:30) "Quran radiolarının radikalizmlə mübarizədə rolu" mövzusuda ikinci seminar keçiriləcək.

Toplantının ikinci günü "Quran radiolarının fiqhi məzhəblərin yaxınlaşmasında, vəhdət yaradılmasında və şübhələrə cavab verilməsində rolu" və "Quran radiolarının radikalizmlə mübarizədə rolu" adlı seminar keçiriləcək.

Qeyd edək ki, İslami Radiolar Birliyi 1975-ci ildə, İslami Ölkələrin Baş Nazirlərinin 6-cı konfransı zamanı təsis edilib. Bu birliyin qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir.   

https://iqna.ir/fa/news/3851573

captcha