IQNA

Ayasofiyanı son 12 ildə 31 milyon turist ziyarət edib

12:32 - October 23, 2019
Xəbər sayı: 3486016
Ayasofiya məscidi 1935-ci ildən İstambulda muzey kimi istifadə edilir. Son 12 ildə bu məscidi və tarixi abidəni 31 milyon turist , cari ilin ilk yarısında isə 1.8 milyon nəfər turist ziyarət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərinin qədim və tarixi mədəniyyət abidələrindən biri sayılan Ayasofiya məscidini son 12 ildə 31 milyon turist ziyarət edib.

Ayasofiya məscidi 1935-ci ildən İstambulda muzey kimi istifadə edilir. Cari ilin ilk yarısında bu məscidi və muzeyi 1.8 milyon nəfər turist ziyarət edib. Ehtimal edilir ki, cari ilin sonunadək turistlərin sayı 3 milyon nəfərə çatsın.

Bu tarixi məscid 2007-ci ildən 2018-ci ilədək 31 milyon turist cəzb edib.

Ayasofiyanı ziyarət edən turistlərin sayı 2014-cü ildə 3.5 milyon nəfər olub ki, bu məscidin tarixində rekord say hesab edilir.

Ayasofiya məscidi Şərqi Rum (Bizans) imperatorluğunun zamanında (altıncı əsr) Yunanıstanın Ortodoks kilsəsi olaraq tikilib. İstambul 1435-ci ildə Osmanlılar tərəfindən fəth edildikdən sonra isə məscid kimi istifadəyə verilib.  

https://iqna.ir/fa/news/3851611

captcha