İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın silahlı qüvvələrinin şəxsi heyəti arasında "Rəsulul-Əəzəm (s)" adına Qurani-Kərim yarışları keçiriləcək.
Sayca üçüncü olan bu Quran yarışları İraqın Həşduş-Şəəbi təşkilatının Əqidə İdarəsinin Qurani-Kərim bölməsinin təşəbbüsü ilə təşkil edilib.
Bu yarışlar cari ilin Rəbiul-Əvvəl ayının 17-də (15 Noyabr 2019) keçiriləcək.
Yarışlarda İraqın daxili işlər nazirliyinin silahlı şəxsi heyəti, Müdafiə Nazirliyinin şəxsi heyəti və Həşəduş-Şəəbi xalq könüllülərinin Quran hafizləri iştirak edəcəklər.
Quran yarışları ili mərhələdə və Qurani-Kərimin peşəkar qiraəti, 10 cüz hifzi, 5 cüz hifzi və bir cüz hifzi ixtisasları üzrə keçiriləcək.