IQNA

İsveçdə Səfər ayının sonuncu əzadarlıq mərasimləri keçiriləcək

7:26 - October 26, 2019
Xəbər sayı: 3486028
Quran tilavəti, ziyarətnamə, Aşura ziyarəti, dua, xətib çıxışı və mərsiyəxanlıq ilə keçiriləcək mərasimdə uşaqlar üçün İslam mərkəzinin mədrəsəsində xüsusi proqram nəzərdə tutulub.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Peyğəmbərin (s) rehləti, İmam Həsən və İmam Rzanın (ə) şəhadətləri münasibəti ilə İsveçin Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində Səfər ayının son üç gecəsi əzadarlıq mərasimləri keçiriləcək.

Həzrət Peyğəmbərin (s) rehləti, İmam Həsən və İmam Rzanın (ə) şəhadətləri münasibəti ilə keçiriləcək əzadarlıq məclisləri bu gün (26 Oktyabr 2019) yerli vaxtla saat 19:00-da İslam Mərkəzinin müsəllasında başlayacaq və Oktyabr ayının 28-dək hər gecə davam edəcək.

Quran tilavəti, ziyarətnamə, Aşura ziyarəti, dua, xətib çıxışı və mərsiyəxanlıq ilə keçiriləcək mərasimdə uşaqlar üçün İslam mərkəzinin mədrəsəsində xüsusi proqram nəzərdə tutulub.  

https://iqna.ir/fa/news/3851979

captcha