IQNA

Sabah Mərakeşdə 15-ci beynəlxalq Quran yarışları başlayır

7:40 - October 26, 2019
Xəbər sayı: 3486029
Qurani-Kərimin hifzi, tərtil ilə tilavəti, təcvid və təfsir ixtisasları üzrə keçirilən və "VI Məhəmməd mükafatı" adlanan bu yarış Noyabr ayının 6-dək davam edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin Bazar günü, 27 Oktyabr 2019-cu il, Mərakeşdə 15-ci beynəlxalq Qurani-Kərim yarışları başlayır.

Qurani-Kərimin hifzi, tərtil ilə tilavəti, təcvid və təfsir ixtisasları üzrə keçirilən və "VI Məhəmməd mükafatı" adlanan bu yarış Noyabr ayının 6-dək davam edəcək.

Mərakeşin Kazablanka şəhərində keçiriləcək bu yarışda dünyanın 55 ölkəsinin nümayəndəsi Qurani-Kərimin kamil hifzi (tərtil tilavəti ilə), 57, 58, 59 və 60-cı hizblərinin təfsiri (sözlərin təfsiri mənası və nüzul səbəbləri)  və 5 hizbin təcvid ilə hifzi ixtisasları üzrə rəqabət edəcəklər.

https://iqna.ir/fa/news/3852320

captcha