IQNA

İngiltərəli İslamofobçu öz günahına etiraf etdi

6:13 - October 28, 2019
Xəbər sayı: 3486037
Yeni Zelandiyada məscidə edilən hücumu dəstəkləyən İngiltərəli 38 yaşlı kişi insanları məzhəbinə görə aşağıladığı üçün Vestminster rayonunun Sülh Cəza Məhkəməsi tərəfindən cinayətə cəlb edilmişdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyada məscidə edilən terror hücumunu öz İslamofob çıxışları dəstəkləyən İngiltərəli kişi günahına etiraf edib.

Keçən il Yeni Zelandiyada məscidə edilən hücumu müsəlmanları təhqir edərək dəstəkləyən İngiltərəli 38 yaşlı kişi insanları məzhəbinə görə aşağıladığı üçün Vestminster rayonunun Sülh Cəza Məhkəməsi tərəfindən cinayətə cəlb edilmişdi.

Kensington və Çelsia inşaat işçisi olan Deayn Dyer məst halında Londonun şəhərarası qatarına minərək Yeni Zelandiyada məscidə edilən terror hücumuna işarə edərək müsəlmanlar barədə təhqiramiz ifadələr işlətmişdi.

Məhkəmə onu hansısa bir dinin davamçılarını aşağılamaq, onlara qarşı insanları cinayətə təhrik etmək və insanlar arasında kin və nifrət yaratmaq ittihamı ilə 400 pond cərimə edib.   

https://iqna.ir/fa/news/3852660

captcha