IQNA

Hindistanda müsəlman fəhləni öldürdülər

6:27 - October 28, 2019
Xəbər sayı: 3486038
Hindistanın Müsəlman Birliyi Hərəkatının üzvü olan bir fəhləni məscidə gedərkən qətlə yetiriblər. Hadisə Hindistanın cənub-qərbində yerləşən Krala əyalətinin Tənur şəhərində baş verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Müsəlman Birliyi Hərəkatının üzvü olan bir fəhləni məscidə gedərkən qətlə yetiriblər.

Hadisə Hindistanın cənub-qərbində yerləşən Krala əyalətinin Tənur şəhərində baş verib.

İshaq adına 38 yaşlə fəhlə müsəlman məscidə gedərkən yolda silahlə şəxslərin hücumuna məruz qalıb. Ağır yaralanan İshaq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Hindistan Müsəlman Birliyi Hərəkatının (İUML) rəhbərləri bu işdə Hindistanın Kommunist partiyasının işçilərini günahlandırırlar.

Hadisə baş verəndən sonra həmin regionda təhlükəsizlik qüvvələrinin sayı çoxalıb. Çünki bu ilk hadisə deyil və son zamanlarda Hindistanda dini və iqri azlıqlara qarşı zorakılıq halları çoxalıb. Beləki cari ilin ilk yarısında bu zəmində 181 cinayət baş verib. Bu cinayətlərin qurbanlarının 40 nəfəri müsəlmanlardan olub. Baş verən cinayətlərin 37-si ölümlə nəticələnib, 30 hadisə cinsi təcavüzlə qeydə alınıb və 19 hadisədə isə qurbanlara cinsi əziyyət verilib.    

https://iqna.ir/fa/news/3852698

Teqlər: islamofobiya ، irqçilik ، iqna ، hindistan ، İUML
captcha