IQNA

Əllamə Seyid Cəfər Mürtəza Amulinin dəfn mərasimi – VİDEO

17:48 - October 28, 2019
Xəbər sayı: 3486042
Əllamə Seyid Cəfər Mütəza Amuli "İmam Əlinin (ə) həyat tərzi" kitabını 53 cildə yazaraq demişdi: Bu kitab İmam Əlinin (ə) ləqəbi "Əmirəlmöminin" sözündəki birinci "ə"nin (əlif) təfsiri qədər də deyil".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam və Əhli-Beyt (ə) tarixi mütəxəssisi, Livan və Qum Ali Dini Elmi Hövzələrinin ustadı Əllamə Seyid Cəfər Mürtəza Amuli ötən həftənin Şənbə günü, 26 Oktyabr 2019-cu il, vəfat edib.

Əllamə Seyid Cəfər Mürtəza Amuli 50 yaşında Qum elmi hövzəsində Livana hicrət edərək Beyrut şəhərində İmam Əli ibn Əbi Talib (ə) adına Ali Elmi Dini Hövzəni təsis etdi.

Onlar dəyərli əsərin müəllifi olan Əllamə Seyid Cəfər Mütəza Amuli özündən sonrakı nəsillər üçün yadigar qoyub getdiyi qiymətli əsəri "İmam Əlinin (ə) həyat tərzi" kitabını 53 cildə çap və nəşr etdikdən sonra demişdi: Bu kitab İmam Əli (ə) ləqəbi "Əmirəlmöminin" sözündəki birinci "ə"nin (əlif) təfsiri qədər də deyil".

Əllamə Seyid Cəfər Mürtəza Amulinin dəfn mərasimi dünən, həftənin Bazar günü, 27 Oktyabr 2019-cu il, Livanın Beyrut şəhərində keçirildi.  

https://iqna.ir/fa/news/3852885

kod
captcha