İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya xalqı oktyabrın 29-u paytaxt Abucada Şeyx Zəkzəkiyə azadlıq tələb etmək üçün növbəti etiraz aksiyasını keçirib.
Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, etirazçılar həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün Abucada toplaşıblar.
Yürüş mitinqi Abucadakı Milli İnsan Haqları Komissiyasının binasının qarşısında başa çatıb.
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.
Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.