IQNA

İordaniya çayının qərb sahillərində 19 fələstinli həbs edildi

9:28 - October 31, 2019
Xəbər sayı: 3486059
Terrorçu və işğalçı İsrail rejimi iddia edib ki, həbs edilən fələstinlilər sionist yəhudilər əleyhinə keçirilən müqavimət əməliyyatlarında və anti-israil əməliyyatlarda iştirak ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin üçüncü günü, 30 Oktyabr 2019-cu il, sionist rejiminin silahlı qüvvələri işğal edilmiş Qüds torpaqlarında və İordaniya çayının qərb sahillərində fələstinlilərin evlərinə hücum edərək ən azı 19 fələstinlini həbs ediblər. Onların arasında yeni azad edilmiş əsirlər də olub.   

Terrorçu və işğalçı İsrail rejimi iddia edib ki, həbs edilən fələstinlilər sionist yəhudilər əleyhinə keçirilən müqavimət əməliyyatlarında və anti-israil əməliyyatlarda iştirak ediblər.

Sionist rejiminin quldurları əl-Xəlil şəhərində İbrahim (ə) hərəminin yaxınlığında Fələstinli qıza atəş açıblar. Onlar iddia ediblər ki, qızın çantasında aşpazxana bıçağı olub.  

https://iqna.ir/fa/news/3853356

captcha