IQNA

78 yaşlı savadsız qoca nənə Quranı əzbərlədi

20:54 - October 31, 2019
Xəbər sayı: 3486063
Səudiyyə Ərəbistanın Qəssim əyalətinin "Ünəyzə" şəhərində yaşayan 78 yaşlı Ümmü Xalid Yabisi nədənə savadsız olmasına rəğmə Qurani-Kərimin hamısını əzbərləyə bilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Qəssim əyalətinin "Ünəyzə" şəhərində yaşayan 78 yaşlı Ümmü Xalid Yabisi nədənə savadsız olmasına rəğmə Qurani-Kərimin hamısını əzbərləyə bilib.

Ümmü Xalid nədənə savadsızdır, yazmaq və oxumaq bilmir. Amma buna baxmayaraq 27 il öncə, 50 yaşında ikən Ünəyzə şəhərinin Darul-Quran müəssisəsinin Quran hifzi təlimi kurslarına yazlıb.

O, bu uzun illərdə qocalıq və yorğunluğa sinə gərərək ciddi çalışması ilə Quranı əzbərləyə bilib.

Ümmü Xalid nənə 27 il yorulmaq bilmədən çalışdıqdan sonra, dünən, 30 Oktyabr 2019-cu il, Ünəyzə şəhərinin "İbn Üzəyb" adına xanımlar üçün Darul-Quranda Quran surələrinin hifzini başa vurduğunu elan edib.  

https://iqna.ir/fa/news/3853598

captcha