IQNA

Bosniya müsəlmanları İranın köməklərini unutmayacaq

22:49 - November 01, 2019
Xəbər sayı: 3486068
İran İslam Respublikasının Bosniya və Hersoqovinadkı səlahiyyətli səfiri Məhmud Heydəri bu ölkənin İslam Cəmiyyətinin Alimlər Heyətinin rəisi Hüseyn Əfəndi Kavazoviç ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Bosniya və Hersoqovinadkı səlahiyyətli səfiri Məhmud Heydəri bu ölkənin İslam Cəmiyyətinin Alimlər Heyətinin rəisi Hüseyn Əfəndi Kavazoviç ilə görüşüb.

İran İslam Respublikasının Bosniya və Hersoqovinadkı səlahiyyətli səfiri Məhmud Heydəri Hüseyn Əfəndiyə yenidən alimlər heyətinin rəisi seçilməsi münasibəti ilə təbrik deyib və müsəlmanların dini kimliyini qorumaq və müxtəlif dinlərin ardıcılları arasında tolerantlığı yüksəltmək yolunda uğurlar diləyib.

Məhmud Heydəri iki ölkənin dostluq əlaqələrinə işarə edərək deyib: İki millət arasında gözəl mədəni əlaqələr və müştərək dəyərlər mövcuddur. İran xalqı, İnqilab rəhbəri və İran dövləti Bosniya xalqını sevir və iki ölkənin mədəni əlaqələrinin genişlənməsi və güclənməsi yolunda çalışırlar.

İslam Cəmiyyətinin Alimlər Heyətinin rəisi Hüseyn Əfəndi Kavazoviç bu görüşdə deyib: İran və Bosniya xalqlarının dostluğu çətin günlərdə özünü doğrulayıb. Bosniya müsəlmanları heç vaxt İranın millətinin onlara göstərdikləri dəstəyi və köməkləri unutmayacaqlar və biz buna görə İran millətinə təşəkkürümüzü bildiririk.  

O əlavə edib: Dini və mədəni sahələrdə İran qrumları ilə yaxşı əlaqələrimiz var. Ümid edirik ki, gələcəkdə də iki ölkə arasında mədəni əlaqələr güclənəcək və genişlənəcəkdir.

Hüseyn Əfəndi Kavazoviç vurğulayıb: Ümidvarıq ki, İran İslam Respublikası da həmişə olduğu kimi Bosniya xalqına öz kömək və dəstəyini davam etdirəcəkdir.

Qeyd edək ki, bu görüşdə İran İslam Respublikasının Bosniyadakı Molla Sədra Fondunun rəisi Höccətul-İslam vəl-müslimin Əkbər Eydi, Bosniya Fars Dili Kollecinin məsulları, İbn Sina Müəssisəsinin məsulları və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əmirhüseyn Nuri də iştirak ediblər.

https://iqna.ir/fa/news/3853624

captcha