İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail rejim aviasiyası Qəzza zolağındakı əkin sahələri, yaşayış binaları və digər əraziləri bombalayıb.
İşğalçı və terrorçu sionist İsrail rejimi iddia edib ki,hava zərbələri bir qədər əvvəl Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib.
Fələstin səhiyyə nazirliyinin məlumatına görə, işğalçı rejimin mühasirədə saxladığı Qəzza zolağının bombalanması nəticəsində bir fələstinli şəhid olub, 3 nəfər yaralanıb.