İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstində Quran hafizləri arasında ən azyşalı Quran hafizi Yəhya Nuriddin Rəis Əbu Tahadır. Onun yeddi yaşı var.
Fələstinin ən azyşalı Quran hafizi Yəhya Nuriddin Rəis Əbu Tahanın arzusu Qüds şəhərini görmək və Əqsa məscidində namaz qılmaqdır.
Fələstinin Qəzza zolağının cənubunda yerləşən Rəfəh şəhərinin sakini olan azyaşlı deyib: Mən valideynlərim və tərbiyəçilərimin köməyi və dəstəyi ilə Qurani-Kərimi əzbərlədim. Çalışacam ki, orta məktəb təhsilini də uğurla başa vurum və gələcəkdə həkim olum.