IQNA

Qadınlar arasında beynəlxalq Quran yarışları başladı

7:01 - November 03, 2019
Xəbər sayı: 3486079
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində 4-cü beynəlxalq Qurani-Kərim yarışları ötən gün (2 Noyabr 2019) öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində 4-cü beynəlxalq Qurani-Kərim yarışları ötən gün (2 Noyabr 2019) öz işinə başlayıb.

Şeyx Fatimə bint Mübarək adına təşkil edilən bu yarışlar "Dubay Mükafatı Quran Yarışları" çərçivəsində keçirilir.

Dubayın Milli Elmlər Akademiyasının konfrans zalında keçirilən açılış mərasimində BƏƏ-nin müxtəlif şəxsiyyətləri, Quran fəalları və yarışların keçirilməsi komitəsinin sədri İbrahim Məhəmməd Buməlhə iştirak ediblər.

Yarışlara 68 ölkənin nümayəndəsi qatılıb.

Yarışlarda iştirak edən xanımlar günün hər ikisi yarısında rəqabət aparacaqlar.

Yarışın ilk günü Şri-Lanka, Qana, Çad, İordaniya, Kongo, Seneqal, Suriya, Amerika, Uqanda, Kozova və Fil Dişi Sahilindən olan iştirakçılar rəqabət ediblər.  

https://iqna.ir/fa/news/3854124

captcha