IQNA

"Almaniyada müsəlmanların təhlükəsizliyi qorunmur"

7:37 - November 03, 2019
Xəbər sayı: 3486081
Almaniyada yaşayan müsəlman cəmiyyətlərdən birinin rəhbəri və Berlin şəhərinin İslam Şurasının rəisi Bürhan Kesici bu ölkədə müsəlmanların təhlükəsizlik durumunu tənqid edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada yaşayan müsəlman cəmiyyətlərdən birinin rəhbəri və Berlin şəhərinin İslam Şurasının rəisi Bürhan Kesici bu ölkədə müsəlmanların təhlükəsizlik durumunu tənqid edib.

O deyib: Almaniyada yaşayan müsəlmanlar kifayət qədər özlərini təhlükəsiz hiss etmirlər.

Cari ilin son aylarında məscidlərə hücumların çoxaldığına işarə edən Bürhan Kəsici vurğulayıb: Bu il Almaniyada müsəlmanların 80 məscidinə islamofobiya və dini ayrıseçkilik zəminində hücum olunub. Buna görə də təlükəsizlin vəziyyəti mürəkkəbləşib və müsəlmanlar özlərini kifayət qədər təhlükəsiz hiss etmirlər.

Berlin şəhərinin İslam Şurasının rəisi əlavə edib: Ölkənin təhlükəsizlik qüvvələri ilə danışıqarımız da problemi həll edə bilməyib. Ölkə rəsmiləri bu məsələdə müsəlman cəmiyyətləri ilə yaxından həmkarlıq etməli və bu barədə müsəlmanlarla yol göstərməlidirlər. Belə olmazsa, müsəlmanlar təhlükəsizlik qüvvələrinə olan güvən və etimadlarını itirəcəklər.

Qeyd edək ki, cari həftənin Cüməaxşamı günü Kolen şəhərinin məscidlərindən biri bomba qoyulması xəbəri ilə təhdid edilmişdi. Bu təhdidin ardınca polis məscidi boşaltmışdı. Polis məsciddən bomba tapa bilməmişdi.       

https://iqna.ir/fa/news/3853861

Teqlər: almaniya ، berlin ، Koln ، məscid ، islam şurası
captcha