IQNA

Malaziyada məscid mövzusunda incəsənət sərgisi keçirilir

20:36 - November 05, 2019
Xəbər sayı: 3486091
Malaziyanın paytaxtı Kualalampur şəhərində məscid mövzusunda incəsənət sərgisi keçirilir. Sərgidə Malaziyalı incəsənət adamlarının məscid barədə rəsm əsərləri və fotoları nümayiş olunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın paytaxtı Kualalampur şəhərində məscid mövzusunda incəsənət sərgisi keçirilir. 

Sərgidə Malaziyalı incəsənət adamlarının məscid barədə rəsm əsərləri və fotoları nümayiş olunur.

Məscidin cəmiyyətdəki rolu, müsəlman ailələrinin məscidə bağlılığı, məscidin ibadət məkanından əlavə mədəniyyət mərkəzi olması, məscidlərdə təməli qurulan yeni ailələr, məscidlərdə insanların axirət evinə yola salınması, məscidlərin təlim və tədris mərkəzi kimi istifadə edilməsi və məscid memarlığı mövzularını ehtiva edən sərgidə 38 incəsənət ustasının 80 əsəri sərgilənib.  

Malaziyanın paytaxtı Kualalampur şəhərinin Segaris incəsənət mərkəzində keçirilən bu sərgi Noyabr ayının 10-dək davam edəcək.  

 https://iqna.ir/fa/news/3854950/

 

Teqlər: sərgi ، malaziya ، kualalampur ، iqna ، məscid
captcha