IQNA

Ayətullah Məkarim: "Fərhətuz-Zəhra" adlı dini bayram yoxdur

23:14 - November 06, 2019
Xəbər sayı: 3486098
Dünya şiələrinin təqlid mərcəsi həzrət ayətullah üzma Nasir Məkarim Şirazi "Fərhətuz-Zəhra adlanan məclisdə xəlifələri təhqir etmək" barədə sualı cavablandırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  dünya şiələrinin təqlid mərcəsi həzrət ayətullah üzma Nasir Məkarim Şirazi "Fərhətuz-Zəhra adlanan məclisdə xəlifələri təhqir etmək" barədə sualı cavablandırıb.

Şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Nasir Məkraim Şirazinin bu sual barədə cavabını təqdim edirik:

Sual: Xəlifələrdən (Əbu Bəkr, Ömər və Osman) birini, Ayişə və Həfsəni aşkarda və ya gizlində təhqir etməyin hökmü nədir? Onları tənə edən məsələləri ümumi yerlərdə demək olarmı?

Eyduz-Zəhra məclislərinin aşkarda və ya gizlində keçirməsinin hökmü nədir?

Cavab: Müsəlmanların arasında təfriqə və uçurum yaradan işlərdən çəkinmək vacibdir. Bütün müsəlmanlar İslam düşmənlərinə qarşı birləşməlidirlər.

Biz Rəbiul-Əvvəl ayının 9-cu gününü İmam Mehdinin (ə) vilayət və imamətin başlandığı gün kimi qeyd edirik. Bu gün (avam) camaat arasında "Fərhətuz-Zəhra" adlanır və ürfdə bayram edilir, amma heç bir şəri və dini dəlili yoxdur. Bəzi adamlar da buna bəzi işləri əlavə ediblər ki, bu barədə söz açmıram.  

https://qom.iqna.ir/fa/news/3855157

captcha