IQNA

Avstraliyada məscidləri silahlı mühafizəçilər qorumalıdır

23:23 - November 06, 2019
Xəbər sayı: 3486099
Avstraliyada yaşayan müsəlmanlar bu ölkənin məscidlərində təhlükəsizliyi qorumaq üçün silahlı mühafizəçilərə ehtiyac olduğunu deyiblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyada yaşayan müsəlmanlar bu ölkənin məscidlərində təhlükəsizliyi qorumaq üçün silahlı mühafizəçilərə ehtiyac olduğunu deyiblər.

Avstraliya müsəlman cəmiyyətin rəhbərləri sağçı radikallar və islamofoblar hər gün çoxalan təhdidlərinə işarə edərək deyiblər ki, müsəlman məktəblərin, İslam mərkəzlərində və məcsidlərində silahlı mühafizəçilərin işə götürülməsi zəruridir.

Avstraliyanın Milli Camaat İmamları Şurası (ANİC) İslami məkanların qorunması və təhdidlərə qarşı mübarizə üçün silahlı mühafizəçilərin məscidə işə götürülməsini istəyib.

Avstraliyanın Milli Camaat İmamları Şurasının (ANİC) sösçüsü mətbuata müsahibəsində deyib: Avstraliyada yaşayan yəhudilərin sinaqoqları və məktəbləri on il öncədən silahlı mühafizəçilər tərəfindən qorunur. Bizcə də bu doğru addımdır. Çünki şər adamlar dəfələrlə məscid, kilsə və sinaqoqlara hücumlar ediblər. Bu ölkədə məscidlərə hücumlar və islamofob qarşıdurmalar çoxalıb. Buna görə də məcsidlərə də silahlı mühafizəçi verilməlidir.   

https://iqna.ir/fa/news/3855228

captcha