IQNA

Twitter-in iki keçmiş işçisi Səudiyyəyə casusluqda ittiham olunur

1:14 - November 08, 2019
Xəbər sayı: 3486108
ABŞ-ın San Francisco ştatının məhkəməsi keçmiş Twitter işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə hökümətinə ötürməkdə ittiham edilirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial media platformalarından biri olan Twitter-in iki keçmiş əməkdaşı Səudiyyə Ərəbistanına casusluq etməkdə ittiham olunur.

ABŞ-ın San Francisco ştatının məhkəməsi keçmiş Twitter işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə hökümətinə ötürməkdə ittiham edilirlər. Onların məlumatlarını ötürdükləri şəxslər sırasında Səudiyyə hökümətinə müxalif olanlar da var, istintaq sənədində göstərilir.

İttiham sənədində Twitter-in keçmiş əməkdaşları Ahmad Abouammo və Ali Alzabarah casusluqda günahlandırılıblar.

Üçüncü şəxs Səudiyyə Kral ailəsi üçün işlədiyini bəyan edən Səudiyyə Ərəbistanı vətəndaşı Ahmed Almutairi-yə də eyni ittiham verilib.

O, Twitter-in keçmiş əməkdaşları ilə Riyad arasında əlaqələri təşkil etməkdə gunahladırılıb.

Çərşənbə günü Seattle şəhərində baş tutan məhkəmənin qərarı ilə Ahmad Abouammo "qaçmaq təhlükəsi"nə görə həbsdə qalıb. Məhkəmə cümə günü davam edəcək.

ABŞ Xarici İşlər Nazirliyi digər iki nəfərin Səudiyyə Ərəbistanında olduğunu bildirib.

Abouammo sənədi saxtalaşdırılmasında və Amerika Deferal Təhqiqat Bürosuna (FTB) yalan məlumat verməkdə ittiham olunub.

Ahmad Abouammo-nın Twitter şirkətindəki işindən 2015-ci ilə çıxdığı bildirilib.

Twitter-də mühəndis olaraq çalışmış Alzabarah da 2015-ci ildə Səudiyyə rəsmiləri üçün 6 min istifadəçinin şəxsi məlumatlarını əldə etməkdə günahlandırılır.

İstintaqçılar bildiriblər ki, rəhbərlik bu hərəkətlərdən xəbərdar olandan sonra ona inzibati məzuniyyət verilib və o, bundan sonra həyat yoldaşı və qızıyla birgə Səudiyyə Ərəbistanına qaçıb.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi hələki məsələ ilə bağlı aşıqlama verməyib.

Twitter yaydığı bəyanatda deyib: "Twitter-i dünya ilə düşüncələrini paylaşmaq və hakimiyyətdəkiləri sorğulamaq üçün istifadə edən çoxlu insanın qarşılaşdığı inanılmaz riskləri bilirik. Bizim onların gizliliyini və həyati əhəmiyyətli işlərini görmələri üçün müdafiələrini təşkil edə bildiyimiz vasitələrimiz var".

https://iqna.ir/fa/news/3855318

Teqlər: twitter ، abş ، ərəbistan ، iqna ، casusluq
captcha