IQNA

Fələstinlilər işğal edilən ərazilərə raket zərbələri endirməyə başladı

21:21 - November 12, 2019
Xəbər sayı: 3486129
Fələstin müqavimət təşkilatları işğal altında olan Əşdod, Hadira və Qüdsün ətrafına kimi çatan raketlər atıb. Hazırda İsrail rejimi ərazisində hava hücumundan müdafiə siqnalları səsləndirilib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün İsrail rejiminin təcavüzü nəticəsində Fələstinin müqavimət təşkilatlarından biri olan “Saraya əl-Qüds”ün komandiri Bəha Əbu əl-Əttanın Qəzzada şəhid edildik sonra adı çəkilən təşkilat işğal altında olan ərazilərə raket zərbələri endirməyə başlayıb.  

Məlumata əsasən, Fələstin müqavimət təşkilatları işğal altında olan Əşdod, Hadira və Qüdsün ətrafına kimi çatan raketlər atıb. Hazırda İsrail rejimi ərazisində hava hücumundan müdafiə siqnalları səsləndirilib.  

Xatırladaq ki, bu gün İsrail rejimi Qəzza və Dəməşqdə fələstinli fəalların evlərinə aviazərbələr endirib. Nəticədə azı 2 nəfər həyatını itirib, onlarla yaralı var.

Teqlər: iqna ، qüds ، qəzza ، fələstin
captcha