IQNA

Vəhdətin önündə duran ən mühüm maneələr

10:30 - November 13, 2019
Xəbər sayı: 3486136
İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi Həzrət Ayətullah Şeyx Məhəmmədəli Təsxiri "vəhdət həfstəsi" münasibəti ilə İQNA-ya müsahibə verib.

İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi Həzrət Ayətullah Şeyx Məhəmmədəli Təsxiri "vəhdət həfstəsi" münasibəti ilə İQNA-ya müsahibə verib.

Ayətullah Şeyx Məhəmmədəli Təsxiri 1944-cü ilin Oktyabr ayının 13-də İraqın Nəcəf şəhərində anadan olub. Atası Hacı Şeyx Əliəkbər İranın Ramsər və anası Ənisəbəyim İsfahan şəhərindəndir. İbtidayi dini təhsilini Nəcəf şəhərində alıb. Bəddi ədəbiyyat və şerə maraqlıdır. İctimai fəaliyyətlərində məzhəblərin arasında vəhdət yaratmağı və bu istiqamətdə gördüyü bir çox işlər gözə çarpır. Onu müasir dövrdə müsəlmanların vəhdəti üçün çalışanların lideri hesab etmək olar.

Bu İranlı şiə ruhanisi Ali Dini Rəhbərin Seçilməsi Məclisində Tehran əhalisinin nümayəndəsi, İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi və İslam Dünyası Məsələləri Üzrə Ali Dini Liderin Müşaviridir.  

Bunları nəzərə alaraq İslam dünyasında "vəhdət həftəsi" keçirilən bu günlərdə onun ofisinə gedərək bu münasibətlə ondan müsahibə aldıq. Söhbətimizin xülasəsini və videosunu təqdim edirik.  

İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi Həzrət Ayətullah Şeyx Məhəmmədəli Təsxiri İslam ümmətinin düşmənlərinin məkirli və imperialist planlarının qarşısında dayanmaq üçün Quran sarınmağın və birliyin zəruri olduğuna işarə edərək vurğuladı: "Bəzi alimlərin və elmə nisbət verilənlərin kor-koranə təəssübü müsəlmanların vəhdətinin qarşısını alan ən mühüm maneədir".  

Misrin əl-Əzhər İslam Mərkəzində keçirdiyi görüşlərdən danışan Ayətullah Təsxiri dedi: Müxtəlif səfərlər çərçivəsində əl-Əzhərin şeyxləri ilə vəhdət mövzusunda faydalı görüşlərim və bu mərkəzdə çıxışlarım olub.

O əlavə etdi: əl-Əzhər yaradıldığı gündən məzhəblərin vəhdəti hədəfi ilə yaradılıb. Bu mərkəzi Fatimilər dövləti təsis etdilər. Mərkəzdə ilk dövrlərdə İslamın beş əsas məzhəbi olan ŞİƏ, Şafei, Hənəfi, Maliki və Hənbəli məktəblərinin fiqhi dərsləri tədris edilirdi. 1940-cı ilədək əl-Əzhər vəhdət məsələsində öncül və bayraqdar idi. Həmin illərdə əl-Əzhər Qum elmi dini hövzəsi ilə də həmkarlıq etməyə başladı və "Darut-Təqrib" mərkəzi yaradıldı, əl-Əzhərdə İmamiyyə fiqhinin tədrisinə başlanıldı. Habelə bu hədəf üçün "Risalətul-İslam" jurnalı nəşr edilməyə başladı. Amma Nəcəf və əl-Əzhərin böyük ustadlarının vəfatından sonra, təqibən 1970-ci illərdə bu mərkəzin fəaliyyətləri donduruldu.

Ayətullah Təsxiri vurğuladı: İslam İniqlabından və İran-İraq müharibəsindən sonra İranda Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının göstərişi əsasında "İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatı" yaradıldı. Əlbəttə bu təşkilatın yaradılmasından öncə Qahirənin "Darut-Təqrib" mərkəzini yenidən ehya etməyə çalışsaq da alınmadı.

Təqrib mərkəzlərinin bütün elmi mərkəzlərdə təsis edilməsinin zəruriliyinə işarə edən alim dedi: Həm əl-Əzhərdə və həm də dünyanın harasında müsəlmanların elmi mərkəzləri varsa, orada "Darut-Təqrib" mərkəzinin yaradılmasına və məzhəblərin yaxınlaşdırılması yönündə işlərin görülməsinə ehtiyac vardır. Çünki vəhdət və təqrib məsələsi hər şeydən çox fikri və elmi bir məsələdir. Bütün məzhəblərin arasında praktiki olaraq təqrib və vəhdət yaratmaq olar. Elmi və fikri ixtilaflar təbiidir, çünki istinbat qaydaları fərqlidir. Amma daha çox çalışmaqla buna nail olmaq olar.

İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi son illərdəki fəaliyyətlərinə işarə edərək vurğuladı: əl-Əzhərin məsulları ilə dostluğumuz davam edir. Hər zaman həmkarlığa hazırıq, baxmayaraq ki, hazırda siyasi məsələlər buna maneə yaradır.  

مهم‌ترین موانع پیش روی وحدت از نگاه آیت‌‌الله تسخیری/ آماده همکاری با الازهر هستیم

Ayətullah Təsxiri söhbətinin davamında vəhdət və təqrib yolunda yaradılan maneələrə işarə edərək dedi: Ümmətin yaxınlaşması və vəhdəti yolunda ən böyük maneə "təəssüb"dür. Bəzi alimlərin kor-koranə təəssübü bais olur ki, insanları təkfir və təfsir (fasiq) etsinlər və bidətçilikdə müttəhim etsinlər.

Vəhdət əleyihə olan amillərdən biri də "cəhalət"dir. Müsəlmanlar bir-birlərinin məzhəbləri barədə həqiqəti bilmirlər. Buna görə də bir-birlərini (küfr, şirk və bidət kimi məsələlərlə) ittiham edirlər.

Anti-Vəhdət amillərdən biri də müsəlman dövlətlərinin siyasi maraqları və mövqeləridir. Onlar müsəlmanların birliyini öz maraqlarının zəririnə görürlər. Buna beynəlxalq imperializm də ciddi təkan verir. Çünki vəhdət onların da maraqlarının ziddinədir. Çalışırlar ki, irqi, siyasi, iqtisadi, coğrafi və dini məsələlərdən sui-istifadə edərək müsəlmanlar arasında, xüsusi ilə də müsəlman hakimiyyətlər arasında ixtilaf yaratsınlar.  

Ayətullah Təsxiri vurğuladı: Biz birləşməsək İslam düşmənlərinin məkirli planları qarşısında dayana və bunun ardınca da Quran və İslamın böyük həfələrini həyata keçirə bilməyəcəyik. Quran deyən vəhdəti yerinə yetirə bilmiriksə, Quran hökmlərinə də əmək edirik iddiasını edə bilmərik.  

https://iqna.ir/fa/news/3856095

kod
captcha