IQNA

Qəzzada müqavimət güclərinin şərtləri əsasında atəşbəs elan edildi

11:34 - November 14, 2019
Xəbər sayı: 3486141
Atəşkəsin şərtlərinə insanların terror edilməməsi, aksiyalarda iştirak edənlərin öldürülməməsi və Qəzzanın mühasirəsinə son verilməsi kimi şərtlər daxildir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist rejimi İsrailin Qəzzaya hücumundan 4 saat sonra Fələstin İslami Müqavimət gücləri ilə işğalçılar arasında atəşkəs elan edilib.

Bu gün (14 Noyabr 2019) səhər saatlarında (3:50)  başlanan atəşkəs Misri vasitəçiliyi ilə həyata keçirilib.

Rəsmi mənbələr bu xəbəri təsdiq etməyiblər. Amma Qətərin əl-Cəzirə xəbər kanalı atəşkəsin Misrin nəzarəti və vasitəçiliyə ilə icra ediliyini deyib.

İsrail və Fələstin İslami Müqavimət Cəbhəsinin arasındakı atəşkəs müqavimətçilərin şərtləri əsasında icra edilib.

Atəşkəsin şərtlərinə insanların terror edilməməsi, aksiyalarda iştirak edənlərin öldürülməməsi və Qəzzanın mühasirəsinə son verilməsi kimi şərtlər daxildir.

Qeyd edək ki, İsrail rejiminin Qəzzaya son iki gün ərzində başladığı raket hücumu nəticəsində indiyədək 32 nəfər həyatını itirib. Onların arasında uşaqlar və qadınlar çoxdur. Bir ailənin isə altı üzvü şəhid olub. Raket hücumları zamanı 12 nəfər yaralanıb. Həmçinin bu hücum nəticəsində Fələstin İslami Müqavimət Cəbhəsinin zabitlərindən biri şəhid edilib.

https://iqna.ir/fa/news/3857137

Teqlər: atəşkəs ، israil ، qəzza ، iqna
captcha