IQNA

Polşada rəngli yaylıqlarla hicab sərgisi – Foto

10:48 - November 17, 2019
Xəbər sayı: 3486157
Müsəlman xanımların hicablarının tanıtdırılması hədəfi ilə keçirilən bu sərginin təşkilatçısı Polaşlı incəsənətçi Aqnişka Jakbilovadır (Agnieszka Zak-Bielowa).  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Polşanın (Lehistan) Varşava şəhərində rəngli yaylıqlarla hicabın təqdimatı sərgisi keçirilir.

Müsəlman xanımların hicablarının tanıtdırılması hədəfi ilə keçirilən bu sərginin təşkilatçısı Polaşlı incəsənətçi Aqnişka Jakbilovadır (Agnieszka Zak-Bielowa).  

"Rəngli yaylıqlarla hicabın tanıtdırılması sərgisi"nin maddi sponsuru Varşavanın "Stalova" qalereyasıdır.

Sərgidə Polşalı incəsənətçi xanım Aqnişka Jakbilovanın hicab mövzusunda yaratdığı rəsm əsərlərindən ibarət tablolar satışa çıxarılıb.

Varşavanın rəngli yaylıqlar sərgisi "Bəzək və örtük mədəniyyət və ənənə qarşısında" adlanır və şərqin məzhəbi incəsənətini müasir Avropalılar üçün aşılayır.

Sərginin elanında yazılıb: Başörtüyü (yaylıq) təkcə örtük simvolu hesab etməyək, ondan qaçmayaq, bu yaylıq digər xalqların mədəniyyət və incəsənət nişanıdır və bizi onların mədəniyyəti və rəngarəngliyi ilə tanış edir.   

https://iqna.ir/fa/news/3857554

نمایش روسری‌های رنگی معرف حجاب در لهستان + عکس

 

Teqlər: hicab ، sərgi ، polşa ، iqna ، varşava
captcha