IQNA

Qazaxıstanda "Quran sənin üçün rəhmətdir" yarışı keçirilib

22:56 - November 17, 2019
Xəbər sayı: 3486160
"Quran sənin üçün rəhmətdir" yarışı Qazaxıstanın Qastanay əyalətinin Sarıkəl şəhərinin "Təmiryazov" qəsəbəsinin "Ömər Ata" məscidinin təsis edilməsinin yeddinci ildönümü münasibəti ilə keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Qastanay vilayətində "Quran sənin üçün rəhmətdir" devizi ilə qiraət və hifz yarışları keçirilib.

"Quran sənin üçün rəhmətdir" yarışı Qazaxıstanın Qastanay əyalətinin Sarıkəl şəhərinin "Təmiryazov" qəsəbəsinin "Ömər Ata" məscidinin təsis edilməsinin yeddinci ildönümü münasibəti ilə keçirilib.

Qastanay vilayətinin xeyriyyəçi sakini Mendibay Ömərovun maddi dəstəyi ilə keçirilən Quranın qiraəti və hifzi yarışında camaat imamları və vilayət məscidlərinin Quran fəalları iştirak ediblər.

Yarışın açılış mərasimində "Maralişan" məscidinin camaat imamı Darxan Sizdiqov çıxış edib və Quran yarışlarının əhəmiyyətindən danışıb.

Quranın peşəkar qiraəti və hifzi üzrə keçirilən yarışın qaliblərinə Qazaxıstan müsəlmanlar idarəsi tərəfindən hədiyyələr verilib.  

https://iqna.ir/fa/news/3857707

captcha