İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Mosvka şəhərində İbn Sina İslami Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "xətt və Şahnamənin əlyazma nüsxələrinin katibləri (xəttat)" mövzusunda İslami incəsənət təlimi kursu keçirildi.
İslami incəsənət təlimi kursu "İslami Hüsnxətt Həftəsi" proqramları çərçivəsində tələbə və ustadların iştirakı ilə Moskva Ali İqtisadiyyat Universitetinin Şərqşünsalıq Araşdırmaları İnstitutunun həmkarlığı ilə keçirilib.
Sayca dördüncü olan bu təlim kursunun ustadları və iştirakçıları belə kursların keçirilməsini elmi həmkarlıqlar üçün əhəmiyyətli hesab ediblər və İslami incəsənəti İslam mədəniyyəti və sivlizasiyası ilə tanışlıq üçün zəruri olduğunu deyiblər.
Təlim kursundə tələbələr İranlı ustadların incəsənət əsərləri, nəstəliq və süls hüsnxətləri ilə tanış olublar.