IQNA

Azərbaycan məscidləri şiə və sünni vəhdətinin simvoludur

23:39 - November 19, 2019
Xəbər sayı: 3486176
Azərbaycan respublikasında hər həftə bütün məscidlərdə, o cümlədən Bakı şəhərinin "Heydər məscidi"ndə Cümə namazı qılınır. Heydər məscidinin Cümə namazında Şiə və Sünnilər birlikdə iştirak edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan respublikasında hər həftə bütün mərkəzi məscidlərdə, o cümlədən Bakı şəhərinin "Heydər məscidi"ndə Cümə namazı qılınır.

Heydər məscidinin Cümə namazında Şiə və Sünnilər birlikdə iştirak edirlər.

Heydər məscidi Qafqazın ən böyük məscididir. Məscidin 4 min namazqılan tutumu var. Bu məscid beş il öncə Bakı şəhərində 12 min kvadrat metr ərazidə tikilib və hazırda sünni və şiələrin qardaşlıq rəmzinə çevirilib.

Bu məsciddə namaz qılan Rufar Qarayev deyir: Mən şiəyəm. Bu məsciddə əhli-sünnə qardaşlarımızla bir yerdə namaz qılırıq. Bu bizim həyat tərzimizdir. Həmişə belə olub və belə də qalacaq. Digər ölkələrdən fərqli olaraq bizim ölkəmizdə məzhəblər arasında sabitlikdir.  

Qeyd edək ki, Azərbaycan əhalisinin əksəriyyəti şiə məzhəbinin davamçılarıdır. Əhalinin 15 faizi əhli-sünnədir. Hər iki məzhəbin ardıcılları bir-birilə sülh, dostluq və qardaşlıq prinsipləri ilə yaşayırlar.  

https://iqna.ir/fa/news/3858035

Teqlər: heydər məscidi ، şiə ، sünni ، iqna
captcha