IQNA

Kanadada xanımlar üçün İslami müşavirə mərkəzi fəaliyyət göstərir

15:04 - November 20, 2019
Xəbər sayı: 3486178
Nisa Helpline İslami Müşavirə Mərkəzi təsis edildiyi keçən beş il ərzidə Şimali Amerikalı və Kanadalı müsəlman xanımların əksəriyyətinin etimad və etibarını qazana bilmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadada müsəlman xanımlar üçün İslami müşavirə və məsləhət mərkəzi fəaliyyət göstərir.

Mərkəzin fəaliyyəti Şimali Amerikalı müsəlman xanımlar tərəfindən maraqla və alışla qarşılanıb.

Nisa Helpline İslami Müşavirə Mərkəzi təsis edildiyi keçən beş il ərzidə Şimali Amerikalı və Kanadalı müsəlman xanımların əksəriyyətinin etimad və etibarını qazana bilmişdir.

Mərkəzin məsullarının dediyinə əsasən indiyədək bu mərkəzə 24 min nəfər müşavirə və məsləhət üçün müraciət etmişdir.

İslami müşavirə mərkəzinə müraciət və ya telefon bağlantısı yaratmaq və mərkəzin xidmətlərində istifadə etmək pulsuzdur.

Bu mərkəzdə xanımlara məktəblərin idarə edilməsi, depresiya və əsəbin qarşısını almaq metodları, zorakılıq, ismaofobiya və ailə məsələləri öyrədilir.

Öz işini 2014-cü ildə başlayan bu təşkilat cari ildə Kanadan dövləti tərəfindən xeyriyyə cəmiyyəti kimi qeydə alınıb.

https://iqna.ir/fa/news/3858386

captcha