IQNA

Ərbaş: "Norveçdə Quranı aşağılayanlar cəzalandırılsın"

23:18 - November 20, 2019
Xəbər sayı: 3486179
Türkiyənin Diyanət İşləri İdarəsinin rəisi Əli Ərbaş öz sosial şəbəkə səhifəsində bu məsələyə münasibət bildirərək Norveçdə Qurani-Kərimi aşağılayanların cəzalandırılmasını tələb edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Şənbə günü (16 Noyabr 2019) Norveçin "İslamlaşdırmanı Norveçdə dayandırın" adlı radikal qrupun rəisi Arni Tumer Qurani-Kərimi yandırmaq istəyərkən polis tərəfindən qarşısı alınsa da o, Qurani-Kərimi təhqir edib.

Türkiyənin Diyanət İşləri İdarəsinin rəisi Əli Ərbaş öz sosial şəbəkə səhifəsində bu məsələyə münasibət bildirərək Norveçdə Qurani-Kərimi aşağılayanların cəzalandırılmasını tələb edib.

O, İlahi vəhyi aşağılayanların bu addımını müsəlmanların ülvi hisləri ilə oynamaq və təhrikedici hesab edib.

Əli Ərbaş radikal İslamofobların bu addımını son illərdə Avropada müsəlmanların əleyhinə təbliğatın çoxalması ilə əlaqələndirib və vurğulayıb: Biz, müsəlmanların narahatçılığına və dünyada sülhün zəiflərməsinə səbəb olan bu addımı məhkum edirik. Və Norveçin rəsmilərindən tələb edirik ki, cinayətkarları cəzalandırsınlar və bir belə cinayətlərin təkrar edilməsinə icazə verməsinlər.   

https://iqna.ir/fa/news/3858434

captcha