İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Seyyid Cüneyd Alim Beynəlxalq Quran Yarışları"nın 16-cı turunun ilkin mərhələsi başlayıb.
Noyabr ayının 19-da Bəhreynin Mənamə şəhərində başlayan bu yarışlarda dünyanın 70 ölkəsindən 140 nəfər iştirak edir.
Bu barədə Bəhreynin Qurana Ximdət Birliyinin İdarə Şurasının rəisi İshaq Raşid Kuhəci məlumat verib.
O deyib: Bu, Quran hifzi yarışların final mərhələsi cari həftənin Şənbə günü (23 Noyabr 2019) başlayacaq və yekun mərasimi gələn həftənin üçüncü günü (27 Noyabr 2019) keçiriləcək.