İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin İslami və insani maarif şöbəsinin nəzdində fəaliyyət göstərən Quran elmləri və təfsir mərkəzinin təşəbbüsü ilə "Darul-Kifl" nəşriyyatında rəngli "Təcvid Müshəfi" çap və nəşr edilib.
İraqlı hüsxnətt ustadları və xəttatlar Seyyid Məhəmməd Məşrəfay və Həmid Sə`di hazırladığı bu müshəfdə təcvid qaydaları, əlamətlər, qiraət hökmləri və sair məsələlər rənglərlə göstərilib.
Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin İslami və insani maarif şöbəsinin nəzdində fəaliyyət göstərən Quran elmləri və təfsir mərkəzi bundan öncə Qurani-Kərimin təkcə 30-cüzini rəngli müshəf metodu ilə çap və nəşr etmişdi.
https://iqna.ir/fa/news/3858702