IQNA

5 milyon 400 min Yəmənli qida çatışmamazlığından əziyyət çəkir

9:41 - November 24, 2019
Xəbər sayı: 3486201
Yəməndə baş verən müharibə 5 milyon 400 min vətəndaşın aclıq çəkməsi və qida çatışmamazlığı problemi ilə üzləşməsinə səbəb olub. Onların arasında 2 milyon 900 nəfər 5 yaşından az uşaq var.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Səhiyyə Naziri Taha Mütəvəkkil dünən, həftənin Şənbə günü, 23 Noyabr 2019-cu il, elan edib: Yəməndə cərəyan edən hadisələr və müharibə 5 milyon 400 min vətəndaşın aclıq çəkməsi və qida çatışmamazlığı problemi ilə üzləşməsinə səbəb olub. Onların arasında 2 milyon 900 nəfər 5 yaşından az uşaq var.  

O deyib: Hər il 5 min Yəmənli uşaq Ərəbistan koalisiyasının ölkəyə hücum zamanı işlətdiyi kimyəvi silahların nəticəsində Xərçənk xəstəliyinə tutulur. Hazırda Yəmənli uşaqların dərmana və müalicəyə şiddətli ehtiyaclıdırlar. BMT (Birləşmiş Millətlər Təşkilatı) indiyədək onların müalicəsi və nicatı üçün bir təyyarə belə göndərməyib.

Taha Mütəvəkkil BMT (Birləşmiş Millətlər Təşkilatı)-dan istəyib ki, Yəmənə göndərilən humanitar yardımların taleyi barədə açıqlama versin. Humanitar yardım adı ilə göndərilən "köməklər" xalqa faydası olmayan şeylər üçün istifadə edilir.  

O, BMT (Birləşmiş Millətlər Təşkilatı)na səslənərək vurğulayıb: Sizin uşaqları gördükdə (yalandan) göz yaxşı axıtmağız kifayətdir. Biz sizin işlərinizdə heç bir sədaqət görmürük. Biz bu vəziyyətdə sizdən heç bir dəstək görmədik.

https://iqna.ir/fa/news/3858994

Teqlər: yəmən ، iqna ، bmt ، qida
captcha