IQNA

"Çində müsəlmanlar öz dini ayinləri icra etməkdə sərbəstdirlər"

11:29 - November 24, 2019
Xəbər sayı: 3486202
Çin Müsəlmanlarının İslami Birliyi hər il vəhdət konfransında iştirak edir. Bu konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan alimlər və dini rəhbərlə görüşlər keçirir.

Çin Müsəlmanlarının İslami Birliyinin beynəlxalq şöbəsinin nümayəndəsi və 33-cü beynəlxalq İslami vəhdət konfransının qonağı Şəmsüddin Min Çang İQNA ilə müsahibəsində dedi: Çin Müsəlmanlarının İslami Birliyi hər il vəhdət konfransında iştirak edir. Bu konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan alimlər və dini rəhbərlə görüşlər keçirir.

O əlavə etdi: Müsəlman alimlərin bir yerə toplaşıb vəhdət yaratması və İslam dünyasının gələcəyi barədə düşünməsi və bütün maneələri aşıb həmkarlıq etmələri çox əhəmiyyətlidir.

Şəmsüddin Min Çang ölkəsində dini vəziyyət barədə danışaraq dedi: Çində İslam dini ilə birlikdə digər dörd ayin və din mövcuddur: Buddizm, Taoizim, Xristianlıq (Məsihiyyət) və Katolik. Bunların hamısı tolerant, qarşılıqlı hörmət və barış şəraitində yaşayırlar.

O, Çinin Sincan vilayətində olan məsələlərə münasibət bildirərək əlavə etdi: Müsəlmanlar Çində dini azadlığa malikdirlər. Dini ayinləri icra etmək və məscidə getməkdə azaddırlar. Qərb mediasında müsəlmanların Çində vəziyyəti barədə olan məlumatlar yalandır. Biz bir çox dini təşkilatları məsələni yaxından araşdırmaq üçün dəvət etmişik.

Çin Müsəlmanlarının İslami Birliyinin beynəlxalq şöbəsinin nümayəndəsi Şəmsüddin Min Çang vurğuladı: Bəzi vaxtlar terrorizm və radikalizm kimi problemlər dünyanın hər yerində olduğu kimi Çində də yaşanır. Bu ölkənin Sincan vilayətində özünü tez-tez göstərir. Bu problemlərin də çoxu siyasidir, məzhəbi deyil.

O dedi: Biz dinlərarası sülh məsələsində yaxşı təcrübəyə malikik. Mühüm budur ki, bütün dünya cəmiyyətləri ilə sülhdə yaşayaq. Sülh insanlar üçün yaxşı gələcək deməkdir. Kimin hansı dində olması mühüm deyil, əhəmiyyətlisi budur ki, yaşadığımız mühiti və cəmiyyəti qoruyaq.       

https://iqna.ir/fa/news/3858489

Teqlər: iqna ، çin ، sincan ، vəhdət konfransı ، buddizm
captcha