İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Nyu-York şəhərinin Manhetten Federal məhkəməsi Livan əsilli vətəndaşını HİZBULLAH-a casusluq ittihamı ilə 40 il həsb cəzasına məhkum edib.
Məhkəmə 35 yaşlı Əli Kuranini HİZBULLAH təşkilatına maddi dəstək göndərməkdə və guya Amerikada terror hücumu planlaşdırmaqda ittiham edib.
Amerikanın Nyu-York şəhərinin Manhetten Federal məhkəməsi hakimi iddia edib ki, Əli Kuranı HİZBULLAH hərəkatının İslami Cihad Təşkilatının üzvüdür və Nyu-Yorkun mərkəzi yerlərində silahlı əməliyyat keçirmək üçün məmuriyyət alıb.
Livan əsilli bu Amerika vətəndaşı 2003-cü ildə Amerikaya mühacirət edib, 2009-cu ildə isə bu ölkənin vətəndaşlığını alıb. O, 8 məhkəmə iclasından sonra 40 il həbsə məhkum edilib.