İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşin İslam Alimləri Ali Şurası ölkənin abort barədə qanunlarının İslam şəriətinə uyğunlaşdırılması tələbi ilə çıxış ediblər.
Mərakeşin qanunverici orqanının dini işlərdə məsləhətçi qrumu olan İslam Alimləri Ali Şurası elan ediblər ki, abortun cinayət işi hesab edilməsi üçün qanun layihəsi araşdırılıqdan və bir neçə təşkilat ilə müşavirə edildikdən sonra hazırlanıb.
Mərakeşin İslam Alimləri Ali Şurasının uşaqların ana bətinində abort edilməsi qanununun islah edilməsi barədə təklifi gələcəkdə parlament tərəfindən nəzərə alına və tətbiq edilə bilər.
Mərakeşin cinayət məcəlləsinin 449 və 458-ci bəndlərinə əsasən ananın sağlamlığı təhlükədə olarsa, dölün abort edilməsi icazəlidir.
Qeyd edək ki, Mərakeşin İslam Alimləri Ali Şurasının qanun verici təşkilat kimi çıxışı təkcə məsləhət və məşvərət xarakteri daşıyır və onların qərar aldığı qanunları Mərakeş dövləti və parlamenti təsdiqləməlidir.
https://iqna.ir/fa/news/3861713