İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın xalq könüllülərindən (Həşduş-Şəəbi) ibarət dəstinin (Əsaibu Əhlil-Həqq Hərəkatı) rəhbəri Qeys Xəzəli ölkəsində daxili fitnənin baş qaldırmaqda olduğu barədə xəbərdarlıq edərək deyib: Silah təkcə dövlətin əlində olmalıdır.
İraqın "Əsaibu Əhlil-Həqq Hərəkatı"nın rəhbəri Qeys Xəzəli sosial şəbəkə hesabında xalqı və müxtəlif dəstələri silahlı çəkişmədən uzaq durmağa dəvət edib.
O, daxili fitnənin yaranması barədə xəbərdarlıq edərək deyib: Silahlı qarşıdurmalar yersizdir. Bütün silahlı qruplaşmalar səhnəni tərk etməlidir. Bütün silahlı dəstələr meydanı təhlükəsizlik qüvvələri üçün boşaltmalıdırlar ki, onların vəziyyəti idarə edə bilsinlər.
İraqın "Əsaibu Əhlil-Həqq Hərəkatı"nın rəhbəri Qeys Xəzəli vurğulayıb: İraqın dini mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin əmr və tövsiyələrinə itaət etmək lazımdır. Dövlətin əlində olan silahdan başqa heç kimdə silah olmamalıdır və daxildə baş verəcək fitnədən qorunmalıyıq.