IQNA

Səudiyyə sarayının alimləri dindən çıxıblar

10:05 - December 08, 2019
Xəbər sayı: 3486276
Səudiyyənin vəhabi alimlərinin fətvaları Amerikanın maraqlarının xidmətindədir. Onların hansısa bir məsələni haram və ya halal etmələri Amerkanın mövqeyindən asılıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Alimlər Birliyinin baş katibi Şeyx Əbdüssəlam əl-Vəcih dünən, həftənin Şənbə günü, 7 Dekabr 2019-cu il, "al-Masirah" peyk tv kanalı ilə birbaşa çıxışında deyib: Səudiyyə Ərəbistanın saray alimləri İslam dinindən çıxıblar, azğındırlar. İslam və Ərəb ölkələrində baş verən cinayətlərin səbəbi onların verdiyi fətvalardır.

Yəmənin Alimlər Birliyinin baş katibi Şeyx Əbdüssəlam əl-Vəcih vurğulayıb: Ali-Səud hakimiyyətinin saray mollalarının verdikləri fətvalar İslam və Ərəb dünyasında minlərlə cinayətin törədilməsinə bais olub. Onlar böyük və rəhbər alimlər deyil, əlsində məbəd kahinləridirlər. İslam dünyasında minlərlə insan onların fətvalarının qurbanı olub.

O deyib: Səudiyyənin vəhabi alimlərinin fətvaları Amerikanın maraqlarının xidmətindədir. Onların hansısa bir məsələni haram və ya halal etmələri Amerkanın mövqeyindən asılıdır. Amma İslam dini bu qəbil fətvalardan uzaqdır!

https://iqna.ir/fa/news/3862440

captcha