IQNA

Zehni əlillər arasında milli Quran yarışları keçirildi

23:55 - December 09, 2019
Xəbər sayı: 3486285
Bəhreynin müxtəlif şəhərlərindən 56 nəfərin iştirak etdiyi bu yarışlar sabah, həftənin ikinci günü, 10 Dekabr 2019-cu il, xanımlar və kişilərin iştirakı ilə başlayır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə zehni və fikri əlillər arasında "Əcran" milli Quran yarışı keçirililəcək.

Bəhreynin müxtəlif şəhərlərindən 56 nəfərin iştirak etdiyi bu yarışlar sabah, həftənin ikinci günü, 10 Dekabr 2019-cu il, xanımlar və kişilərin iştirakı ilə başlayır.

Bu yarışlar Bəhreynin "Böyük Quran Mükafatı" 25-ci milli Quran yarışları çərçivəsində İslami işlər və fondlar nazirliyinin təşəbbüsü, Bəhreynin Sosial İnkişaf Nazirliyi və Bəhreynin Ali İslami İşlər Şurasının həmkarlığı ilə keçirilir.

Bəhreynin Böyük Quran Mükafatı Yarışları cəmiyyətin müxtəlif təbəqələri arasında, o cümlədən məktəbli şagirdlər, məhbuslar, əlillər və  reabilitasiya mərkəzləri arasında keçirilir.

2020-ci ilin Fevral ayınadək davam edəcək bu yarışlarda ümumilikdə 2263 kişi və 2448 xanım iştirak edəcək.

Yarışların yekun mərasimi 2020-ci ilin Aprel və May aylarında qadın və kişilər üçün ayrı-ayrılıqda keçiriləcək.

https://iqna.ir/fa/news/3862806

 

captcha