IQNA

Qırğızıstanın "II Abdullah Xan" came məscidi – Foto

11:17 - December 10, 2019
Xəbər sayı: 3486287
Bu əsərlərdən biri də miladın 16-cı əsrində Fərqanə vilayətinin Qırğızıstan respublikası ərazisindəki Oş şəhərinin Süleyman dağının şimal-şərq yamacında tikilmiş "II Abdullah Xan" came məscididir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində bir sıra mühüm qədim və tarixi abidə və əsərlər var.

Bu əsərlərdən biri də miladın 16-cı əsrində Fərqanə vilayətinin Qırğızıstan respublikası ərazisindəki Oş şəhərinin Süleyman dağının şimal-şərq yamacında tikilmiş "II Abdullah Xan" came məscididir.

Məscid orta əsrlərdə, Buxara xanları dövründə, qala və karvansara rolunu da ifadə edirdi. Buna görə də şəhər ətrafında tikilmiş bu növ məscidlərə "ribat" da deyilirdi.  

مسجدی در دامنه کوه در قرقیزستان + عکس

II Abdullah Xan (1534-1598) "Şeybanilər" silsiləsinin tanınmış xanlarındandır. O, Səmərqəndin Afərin kəndində "İskəndər Şeybani" ailəsində anadan olmuşdur. 1583-cü ildə atasının vəfatından sonra Buxara xanlıqlarının hakimi oldu. Hakimiyyətinin ilk illərində (1584-1588) Bədəxşan, Rasan, Kaşğər, Türküstan və bütün Buxara xanlıqlarını ələ alaraq hakimiyyət etdi.

II Abdullah Xan məscid, mədrəsə, karvansaray, su anbarı və körpü tikintisinə çox önəm verirdi. Onun hakimiyyəti zamanında Buxarada iki böyük mədrəsə tikildi.

Oş şəhərində Təqtuqul kitabxanasının yanında tikilmiş came məscid Cövza məscidinin (15-ci əsr) yerində inşa edilmişdir. Bu məscid barədə Zəhiruddin Baburun tarixi "Baburnamə" əsərində də məlumat verilmişdir.

مسجدی در دامنه کوه در قرقیزستان + عکس

Əsas salonunun hündürlüyü 12 metr olan və 16x27 metrdə üzü şərqə tikilən bu məscidin şərq tərəfdən beş və qərb tərəfdən iki çıxışı var. Qərb çıxışları birbaşa Süleyman dağının yamacına açılır.

مسجدی در دامنه کوه در قرقیزستان + عکس

SSR zamanında məscidi fəhlələrin yataqxanasına çevirdilər. İkinci dünya müharibəsi zamanı isə məscidi yun istehsalı sexi kimi istifadəyə verdilər. 1943-1944-cü illərdə isə SSR hakimiyyəti məscidi müvəqqətən xristian və müsəlman ruhanilərinin ixtiyarına buraxdı. 1963-cü ildə isə yenidən dövlətin anti-din komitəsi məscidi inanclıların əlində alaraq muzeyə çevirdi.

مسجدی در دامنه کوه در قرقیزستان + عکس

1990-cı ildə yenidən möminlərin ixtiyarına verilən məscidə yeni idarə tikilisi də əlavə edilərək məscidin tərkibində tarix muzeyi və Oş coğrafiyaşünaslığı təsis edildi. Hazırda bu məscid Oş şəhərinin ən aktiv məscidlərindən biridir.   

https://iqna.ir/fa/news/3862852

captcha