IQNA

Berlin kilsəsində İslam və Xristianlıq dialoqu keçirildi – Foto

23:15 - December 12, 2019
Xəbər sayı: 3486305
Almaniyanın Berlin şəhərinin mərkəzi Tempelhof kilsəsində İslam və Xristianlıq arasında beşinci dialoq keçirilib. İclasda hər iki dinin məzhəb rəsmiləri və nümayəndələri iştirak ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Berlin şəhərinin mərkəzi Tempelhof kilsəsində İslam və Xristianlıq arasında beşinci dialoq keçirilib.

“İslam və Xristianlığın müştərək dəyərləri” adlı bu iclasda müsəlmanlar, xristianlar, Berlin İslami Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Nəsir Niknəjad, İranın Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Həmid Məhəmmədi, kilsənin keşişləri və universitet tələbələri  iştirak ediblər.

İclasda Quran və İncil ətrafında elmi söhbətlər edilib və suallar cavablandırılıb.  

https://iqna.ir/fa/news/3863650

captcha