IQNA

Mərakeş kralı: Fələstini hərtərəfli dəstəkləməliyik

23:53 - December 12, 2019
Xəbər sayı: 3486306
İslami Həmkarlıq Təşkilatının (İƏT) təsis edilməsinin əllinci ildönümü münasibəti ilə Mərakeşin Ribat şəhərində keçirilən iclasda İslam ölkələrinin xarici işlər nazirləri iştirak ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cüməaxşamı günü, 12, 12, 2019-cu il, İslami Həmkarlıq Təşkilatının (İƏT) təsis edilməsinin əllinci ildönümü münasibəti ilə Mərakeşin Ribat şəhərində keçirilən iclasda İslam ölkələrinin xarici işlər nazirləri iştirak ediblər.

Mərakeşin kralı və İƏT-in Qüds komitəsinin rəisi VI Məhəmməd bu iclasda çıxış edərək dövlət və millətinin həmişə Fələstin və Qüdsə siyasi və hüquqi baxımdan dəstək olacağını vurğulayıb.

O əlavə edib: Müsəlman ölkələri, xüsusi ilə də İƏT-ə üzv ölkələr öz aralarıda vəhdəti gücləndirməli və gələcək nəsillər üçün münasib proqramlar və xüsusi strategiyalar təyin etməlidirlər.   

Mərakeşin kralı və İƏT-in Qüds komitəsinin rəisi VI Məhəmməd deyib: İTƏ-ə cəmiyyətinin ümumi sayı 1 milyard nəfər olan 57 ölkə üzvdür. Bu üzvlər damia Fələstinli qardaşlarının hüquqlarını müdafiə etməlidir və edəcəyik.  

İclasda iştirak edən Mövlud Çavuşoğlu (Türkiyənin xarici işlər naziri) deyib: Müsəlman ölkələri öz aralarındakı ixtilafları həll etməli və bir-birləri ilə daha yaxşı əlaqələrə sahib olmalıdırlar.     

https://iqna.ir/fa/news/3863693

Teqlər: mərakeş ، iət ، kral ، fələstin ، iqna
captcha