IQNA

Tunisin beynəlxalq Qurani-Kərim yarışları başa çatıb

9:52 - December 14, 2019
Xəbər sayı: 3486308
Bu yarışların qiraət və tilavət ixtisası üzrə birinci yeri Əlcəzayirin nümayəndəsi, üçüncü yeri Türkiyə nümayəndəsi və ikinci yeri İran İslam Respublikasının nümayəndəsi Hüseyn Purkəvir qazanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisdə dünyanın 30 ölkəsinin iştirakı ilə keçirilən beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi keçirilib.

Dünən, həftənin Cümə günü, 13 Dekabr 2019-cu il, “Zeytuniyyə came məscidi”ndə keçirilən mərasimdə Tunisin Dini İşlər Naziri Əhməd Əzum, Tunisin baş müftisi Şeyx Osman Bətix, hakimlər heyəti, səfirlər və İslam ölkələrinin diplomatları iştirak ediblər.

Bu yarışların qiraət və tilavət ixtisası üzrə birinci yeri Əlcəzayirin nümayəndəsi, üçüncü yeri Türkiyə nümayəndəsi və ikinci yeri İran İslam Respublikasının nümayəndəsi Hüseyn Purkəvir qazanıb.

https://iqna.ir/fa/news/3863746

Teqlər: tunis ، tilavət ، qurani-kərim ، iqna
captcha