IQNA

Sədr hərəkatına bağlı qrum və müəssisələri qapadılıb

10:42 - December 14, 2019
Xəbər sayı: 3486311
Müqtəda Sədrin birbaşa göstərişinə əsasən “Sədr Hərəkatı”na bağlı bütün müəssisə və mərkəzlər, o cümlədən “Səraya Salam” (Sülh bölükləri) təşkilatı qarşıdan gələn bir il ərzində fəaliyyətini dayandırır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Sədr hərəkatı ilə əlaqəli olan qrum, mərkəz və müəssisələr qarşıdakı bir il ərzində tətil elan edilib.

Bu barədə Sədr Hərəkatının rəsmi dəftərxanası bəyanat yayıb. Bəyanatda deyilir: Seyid Müqtəda Sədrin birbaşa göstərişinə əsasən “Sədr Hərəkatı”na bağlı bütün müəssisə və mərkəzlər, o cümlədən “Səraya Salam” (Sülh bölükləri) təşkilatı qarşıdan gələn bir il ərzində fəaliyyətini dayandırır. Bu göstərişdən təkcə Seyidin Müqtəda Sədrin atası və şiələrin təqlid mərcəsi Şəhid Seyyid Məhəmməd Sədrin məqbərəsi istisna edilir.

Sədr Hərəkatı bu bəyanatı hərəkatın rəhbərlərinin və hərəkata bağlı ofislərin Nəcəf və Bağdadda sui-qəsdə və hücuma məruz qalmasından sonra yaysa da bəyanatda təşkilat və qrumların tətil edilməsinin əsas səbəbi açıqlanmayıb.   

https://iqna.ir/fa/news/3863819

تعطیلی یک ساله موسسات وابسته به جریان صدر در عراق

captcha