IQNA

Fələstinin baş yepiskopu: Xristianları Qüdsə buraxmamaq irqçilikdir

20:24 - December 15, 2019
Xəbər sayı: 3486312
Qüdsdəki Ortodoks Rum Kilsəsinin baş yepiskopu Ətaullah Hənna mətbuat konfransında işğalçı İsrail rejiminin bu addımını irqçilik adlandıraraq məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Qüdsdəki Ortodoks Rum Kilsəsinin baş yepiskopu Ətaullah Hənna sionist yəhudi rejiminin Həzrət İsa Məsihin (ə) Milad bayramı münasibəti ilə Qəzzadan Beyt-Ləhm, Qüds və Beytul-Müqəddəsə səfər edən xristianlara maneə yaratmasına münasibət bildirib.

Qüdsdəki Ortodoks Rum Kilsəsinin baş yepiskopu Ətaullah Hənna mətbuat konfransında işğalçı İsrail rejiminin bu addımını irqçilik adlandıraraq məhkum edib.

O deyib: Təəssüflər olsun ki, müxtəlif münasibətlərdə Qəzza zolağından Beytul-Müqəddəsdəki müqəddəs məkanlara səfər edən müsəlman və xristianlar maneə ilə üzləşirlər.

Ətaullah Hənna əlavə edib: Qüds şəhərində bütün Fələstinlilərin üzünə açıq olmalıdır. Onlar bütün dini bayram və ayinlərdə iştirak etmək üçün bu şəfərə azad səfər edə bilməlidirlər. Qüds və Beyt-Ləhmin qapılarını Fələstin millətinin üzünə bağlamaq olmaz.

O vurğulayıb: Beytul-Müqəddəsə gələn Qəzzalı Fələstinlilərin qarşısını almaq siosnit rejimi tərəfindən irçqilik zəmində törədilmiş cinayətdir.  

Qüdsdəki Ortodoks Rum Kilsəsinin baş yepiskopu Ətaullah Hənna Qəzza xristianlarına məktub yazaraq deyib: Bizim ürəyimiz sizinlədir. Sizinlə həmrəylimizi elan edirik. Siz işğalçı İsrailin zalimanə rəftarı ilə Beytul-Müqəddəs və Beyt-Ləhmi ziyarət etməkdən məhrum olubsuz, amma Qüds və Beyt-Ləhm sizin ürəyinizdədir.

Qeyd edək ki, Qüdsdəki Ortodoks Rum Kilsəsinin baş yepiskopu Ətaullah Hənna, “Qüdsə dəstək üçün İslam-Xristian heyəti”nin baş katibi və digər müsəlman və xristan fəalları İsrailin bu addımını məhkum ediblər və Qəzzanın mühasirəsinə son qoyulmasını istəyiblər.   

https://iqna.ir/fa/news/3864111

captcha