IQNA

Bruneydə Qurani-Kərim yarışları keçirilib – Foto

20:41 - December 15, 2019
Xəbər sayı: 3486313
Bruneydə “Asiyanın Şərq Ölkələrinin 9-cu Qurani-Kərim Yarışları” cari ayının (Dekabr 2019) 4-dən 6-dək keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bruneydə “Asiyanın Şərq Ölkələrinin 9-cu Qurani-Kərim Yarışları” cari ayının (Dekabr 2019) 4-dən 6-dək keçirilib.

Qurani-Kərimin peşəkar qiraəti ixtisası üzrə keçirilən bu yarışlarda Şərqi Asiyanın 11 ölkəsindən xanımlar və bəylər iştirak ediblər.

Filippin Müsəlmanlarının Milli Komissiyasının Mədəniyyət İşləri İdarəsinin rəisi Suy Ya Nagam Baya Baya bu barədə İran İslam Respublikasının Filippindəki Mədəniyyət Mərkəzinə verdiyi açıqlamada bildirib: Yarışlarda bəylər arasında birinci yeri Filippinin nümayəndəsi Qəməruddin Ci Zeydun, sonrakı yerləri sıra ilə Malaziyadan Avəng Hadi bin Məhəmməd Şərqavi, Bruneydən Əbdülmüin bin Haci Əbdülhəmid, İndoneziyadan Məhəmmədrza Mayanas Nuruddin qazanıblar. Xanımlar arasında isə ilk yerləri sıra ilə Bruneydən Diyangku Siti Əmə Siyazana bin Haci Mərcuki, Sinqapurdan Atiqah bint Suhimi, Malaziyadan Nurulhüsna bin Şərif və Filippindən Səbahə Pey Salik əldə ediblər.   

https://iqna.ir/fa/news/3864287   

 

captcha