IQNA

Tunisdə İslam dünyasının ən böyük Fələstin simvolu ucaldıldı

11:02 - December 16, 2019
Xəbər sayı: 3486317
İslam dünyasının ən böyük Fələstin simvolu Tunisin paytaxtı Tunis şəhərinin şərqindəki “əl-Kərəm” qəsəbəsində ucaldıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının ən böyük Fələstin simvolu Tunisin paytaxtı Tunis şəhərinin şərqindəki “əl-Kərəm” qəsəbəsində ucaldıldı.

Bu simvol abidə İsarilin Mossad casusları tərəfindən terrorla şəhid edilmiş Tunisli PUA və təyyarə sənayesi mütəxəssisi Məhəmməd Zəvarinin şəhid olmasının üçüncü ildönümündə Fələstin xalqının idea, arman və hədəflərini əbədiləşdirmək hədəfi ilə tikilib.

Bu simvol Tunisdəki üç meydanda yerləşdiriləcək. “əl-Həqqul-Fələstini” adını daşıyan meydanda divar üzərində mübarizə və müqaivət simvolu rəsmləri çəkilib. İkinci meydan Əqsa məscidinin ən məşhur qapısı olan “Babul-Məğaribə” adını daşıyır və bu meydanda işğalda olan Qüdsün qədim hissəsi təsvir edilib. Üçüncü meydan isə üç il öncə Mossad casusları tərəfindən öz evinin önündə terrorla şəhid edilən “Məhəmməd Zəvari”nin adını daşıyır.

“əl-Kərəm” qəsəbəsinin bələdiyyə rəisi Fəthi Üyuni bu barədə deyib: Biz Fələstin məsələsini İslam ümməti və Ərəblər arasında yeni metod ilə gündəmdək saxlamaq istədik. İstəyirik Fələstin xalqının mübarizəsini müsəlmanların və Tunis xalqının ürəyində əbədiləşdirək. Çünki Qüds azad deyilsə, şərəf və azadlığın mənası yoxdur. Fələstin xalqı sionist rejiminin işğalında qaldığı zaman Ərəb millətləri şərəf və fəxr hissi duya bilməzlər.     

https://iqna.ir/fa/news/3864410

 

Teqlər: Fələstin simvolu ، tunis ، iqna ، qüds ، Əqsa
captcha